logo

Bloger Mehman Hüseynov “Azərsu” sədri Qorxmaz Hüseynovun milyonlarını tapdı

13:53 06-03-2021 | icon 6146
Bloger Mehman Hüseynov “Azərsu” sədri Qorxmaz Hüseynovun milyonlarını tapdı

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova məxsus olduğu iddia edilən və gəlirləri milyon manatlarla ölçülən şirkətlərlə  bağlı məlumat yayılıb.

YeniAvropa xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov "YouTube"da yeni araşdırmasını paylaşıb.

Onun sözlərinə görə. Qorxmaz Hüseynovun Xəzərin sahilində , Türkan qəsəbəsində tikdirdiyi dəbdəbəli villası yeni aşkarlanan şirkətlərin gəlirlərinin kölgəsində belə heç görünmür. Əsasən qaynl Namiq Cəbrayılovun adına rəsmiləşdirdiyi həmin şirkətlərin sıtasında "Diaqnoz" tibb mərkəzi, "Davinci" və "Məlhem" klinikaları, gözəllik salonları, turizm şirkətləri, hidroqovşaqlara xidmət üzrə ixtisaslaşmış şirkətlər yer alır.

"Dövlət büdcəsindən “Azərsu”ya ayrılmış vəsaitləri isə  Qorxmaz Hüseynov  məhz  hidroqovşaqlara xidmət üzrə ixtisaslaşmış bu şirkətlər vasitəsi ilə mənimsəyir",-deyə Mehman Hüseynov araşdırmasında iddia edir: