logo

Hacıbala Abutalıbov Bakıdan köçdü

13:34 06-03-2021 | icon 1785
Hacıbala Abutalıbov Bakıdan köçdü
Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı bir sıra hadisələrlə yadda qaldı. Xüsusilə bir sıra tanınmış YAP-çıların İdarə Heyətindən kənarlaşdırılması daha çox diqqət çəkib. 
 
YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var.

YeniAvropa xatırladır ki, Hacıbala Abutalıb üzun müddət (2001-2018) Bakı şəhər İcra Hakimiyyətinin başçısı və baş nazirin müavini (2018-2019) vəzifələrində çalışıb.

 
Maraqlıdır ki, dünənki qurultayda Hacıbala Abutalıbov İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasında da yer almayıb. 
Beləliklə də  sabiq mer sıravi YAP-çıya çevrilib.
 
Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsi onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirilir. Məlumata görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov inciyib.
 
Yeri gəlmişkən, Hacıbala Abutalıbov son bir ildə demək olar ki, heç bir yerdə gözə dəymir, mətbuata çıxmır, jurnalistlərin telefon zənglərinə də cavab vermir. Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala müəllim Qarabağ müharibəsində qazanılan qələbədən sonra da üzə çıxıb danışmadı...
 
Modern.az saytı "qeybə çəkilən” keçmiş merlə bağlı maraqlı məlumat əldə edib. Onu yaxından tanıyan mənbədən sayta verilən məlumata görə, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisi kəndində yaşadığı bildirilir. İlisu təbiətinin gözəlliyi və təmiz havası ilə bütün Azərbaycanda səfalı yer kimi məşhurdu. Məlumata görə, Abutalıbub hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və hazırda orada yaşayır.