logo

Paytaxt sakinindən külli miqdarda narkotik maddə götürülüb

12:44 06-03-2021 | icon 1442
Paytaxt sakinindən külli miqdarda narkotik maddə götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan çox marixuana, 10 metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat məbləğində pul aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Evdən 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqramadək marixuana, 940 qram həşiş, 193 qramdan çox tiryək, elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24 min ABŞ dolları məbləğində pul götürülüb.

Faktla bağlı təhqiqat aparılır.