logo

Prezident İlham Əliyev bir qrup  qadını təltif edib

12:21 06-03-2021 | icon 1470
Prezident İlham Əliyev bir qrup  qadını təltif edib

Prezident İlham Əliyev bu gün 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Bənənyarlı Səadət İzzət qızı

Cəfərova Novella Cəfər qızı

Qocamanlı Səltənət Məmməd qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayeva Zenfira Hüseyn qızı

Məmmədova Firuzə Nurəddin qızı

Mirzəzadə Rəna Rza qızı

“Tərəqqi” medalı ilə

Hüseynova Gülnarə Alxas qızı

Qənbərova Gülbəniz Rəşid qızı

Quliyeva Ülkər Hüseyn qızı

Məmmədova Nəzakət Hüseynağa qızı

Nəsibova Nəcibə Məmməd qızı

Vəliyeva Fəridə Talıb qızı

Prezidentin imzaladığı digər bir sərəncamla isə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar mədəniyyət işçisi”

Abdullayeva Sahibə Abbas qızı

Firudinbəyova Əfruz Şükür qızı

“Əməkdar jurnalist”

Məhərrəmli Zemfira İsmail qızı

Rəsulova Firuzə Həmdəm qızı.