logo

Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olundu

17:28 05-03-2021 | icon 2023
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olundu

Yeni Azərbaycan Partiyasının (YAP) bu günkü qurultayda qəbul edilmiş yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmçinin  Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilib.