logo

Mübariz Mənsimov azadlıqda

15:55 05-03-2021 | icon 1967
Mübariz Mənsimov azadlıqda
Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə həbsdən ev dustaqlığına buraxılıb.
 
YeniAvropa xəbər verir ki, bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
 
Məhkəmənin qərarı ilə Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. O, 5 il şərti həbs müddətini ev dustaqlığında keçirəcək. Qərara əsasən Mənsimova elektron qolbaq taxılacaq və bu vasitə ilə onun hərəkətləri izlənəcək.