logo

Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var -Metyu Brayza

13:15 04-03-2021 | icon 4522
Azərbaycanın Qarabağda antiterror əməliyyatı aparmaq hüqüqü var -Metyu Brayza

“Azərbaycanın antiterror əməliyyatları aparmaq hüqüqü var”.

 YeniAvropa xəbər verir ki, bu barədə  ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza  "RealTV"yə müsahibəsində deyib.

O, bildirib ki, 10 noyabrda imzalanan bəyanata əsasən atəşkəs elan olundu və o bəyanatdan sonra Hadrut qəsəbəsində erməni həbiçiləri aşkar olundu.

“Ermənistan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin təmin edilməsi, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməlidir. Ərazidə qalmış silahlı dəstələr və ya Ermənistan ordusunun əsgərləri vasitəsi ilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi kimi məsələlərdən ölkədaxili məqsədlər üçün istifadə edilməsindən çəkinməlidir. 

Buna görə də Azərbaycanın bu insanları həbs etmək hüqüqü var. Terrorçuları zərərsizləşdirmək haqqı var. Prezident Əliyevin mətbuat konfransında dediyi kimi, atəşkəsdən sonra Azərbaycan ərazisinə qanunsuz daxil olan ermənilər sərbəst buraxıla bilməz. 

Qarabağ Azərbaycanın bir hissəsidir və bu belə qalacaq. Düşünürəm ki, ermənilər də bununla razılaşmalı olacaq”,-deyə Metyu Brayza vurğulayıb.