logo

Qazaxda anasını xadimə kimi işə götürən direkrot həbs edildi

11:52 04-03-2021 | icon 2667
Qazaxda anasını xadimə kimi işə götürən direkrot həbs edildi

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntuları törətmələri hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Qazax rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, vətəndaş Fərqan Əliyevin Qazax Uşaq Gənclər Şahmat-İdman Məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illərdə anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əmək haqqını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla həmin məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Həcər Əliyevanı 2012-ci il avqustun 13-də xadimə kimi işə qəbul edərək həmin tarixdən 2017-ci il avqustun 18-dək onun işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.