logo

Həftəsonu ardıcıl 3 gün ictimai nəqliyyat işləməyəcək

10:31 04-03-2021 | icon 1876
Həftəsonu ardıcıl 3 gün ictimai nəqliyyat işləməyəcək

Martın 8-də ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti Qərar qəbul edib.

Qərara əsasən, həftə sonları – martın 6-7-də, eləcə də martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Belə ki, martın 8-i qeyri-iş günü olduğu üçün martın 6-sı saat 00:00-dan martın 9-u saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.