logo

Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb

16:27 03-03-2021 | icon 1561
Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb

Kürdəxanı qəsəbə sakinindən 2 kiloqrama yaxın narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun evinə baxış keçirilib. Evdən əlavə olaraq 1 kiloqram 510 qram heroin götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.