logo

Azərbaycanda daha 319 nəfər  koronavirusa yoluxdu, 5 nəfər öldü

15:31 03-03-2021 | icon 1876
Azərbaycanda daha 319 nəfər  koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 161 nəfər müalicə olunaraq sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 235 min 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib. Aktiv xəstə sayı 2960 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 618 min 808 test aparılıb. Bugünkü test sayı isə 7928-dir.