logo

Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat etdi

13:11 03-03-2021 | icon 1442
Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat etdi

Tanınmış tarixçi alim Dilavər Əzimli  62 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə alimin yaxınları "Facebook"da məlumat paylaşıblar.

Qeyd edək ki, koronavirusa yoluxan alim yanvarın 4-də xəstəxanaya yerləşdirilmişdi.

Bir müddətdir komada  qalan Dilavər Əzimli bu gün səhər saatlarında dünyasını dəyişib. 
 

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diplomla bitirib. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasının müəllimi olub.

Allah rəhmət eləsin!