Ziya Məmmədovun Ucardakı obyektləri açıqlandı–Ticarət mərkəzi, mağazalar, fermalar...
"Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bizim ailəyə qarşı etdiyi qanunsuzluğa görə bu gündən ölüm aclığı aksiyasına başlayıram".
YeniAvropa xəbər verir ki, bu sözləri Ucar şəhəri, Oğuz küçəsi ev 41 ünvanda yaşayan sakini Əliyev Tehran İslaməli oğlu "AzPolitika.info"ya göndərdiyi məktubda yazıb.
Şikayətçi bildirir ki, Ziya Məmmədovun göstərişi ailəsinin yeganə qazanc yeri olan obyekti qanunsuz olaraq dağıdılaraq yerində şahmat məktəbi inşa edilib.
"Hansı ki, həmin obyektin atam Əliyev İslaməli Xeyrulla oğluna məxsus olmasına dair qanuni sənədlərimiz var. Atam həmin 460 kv-m torpaq sahəsini 30 iyun 2005-ci il tarixdə Ucar Bələdiyyəsindən almışdı. Orada avtomobillərin yuyucu məntəqəsi tikib, gələn qazancla ailəmizi dolandırırdıq. Atam 2007-cu ildə vəfat etdi, məni isə 2010-cu ildə Rusiyada bir erməni şərləyib həbs etdirdi. Azərbaycana ekstradasiya olundum və 2020-ci ildə azad edildim"- deyə, Ucar sakini yazır.
Şikayətçi daha sonra yazır ki, Ziya Məmmədov nədənsə şahmat məktəbini rayonun mərkəzində olan şəxsi obyektlərinin yerində tikdirməyib: "Bizim torpaq sahəmiz mərkəzdən kənardadır, ancaq Ziya Məmmədovun Ucar şəhəri, N.Nərimanov küçəsində sahəsi 3000 kv.m. olan "Siti klub"u, sahəsi 6000 kv-m olan marketi, "Azərbaycan" küçəsində 80 obyekti birləşdirən ticarət mərkəzi var. Hansı ki, həmin yerdə əvvəllər böyük park var idi. Beş mindən çox ağacı kəsdirib yerində ticarət mərkəzi inşa etdirib və icarəyə verib.
Bundan başqa "Azərbaycan" küçəsində yerləşən, sahəsi 5000 kv-m olan «555» mebel mağazası, H.Əliyev küçəsində 1 hektar ərazini əhatə edən böyük yeşik sexi var. Ziya Məmmədova məxsus bu obyektlər təkcə Ucar şəhəri ərazisində yerləşənlərdir.
Şikayətçi avtoyuma mərkəzinin bərpa olunmasını, Ziya Məmmədovun və onun qohumu, sabiq icra başçısı Yaşar Məmmədov cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
"Ombudsman Səbinə Əliyevadan xahiş edirəm, bu gündən başladığım ölüm aclığı aksiyasını nəzarətə götürüb hüquqlarımın müdafiəsinə dəstək olsun. Aksiya zamanı ölərəmsə, məsuliyyəti bir başa Ziya Məmmədovun üzərinə düşəcək",-deyə Tehran Əliyev vurğulayıb.
Beləliklə, sabiq nazirin tək kiçik bir rayondakı əmlakının dəyəri milyonlarla ölçülür...
Xatırladaq ki, bu yaxınlarda mətbuata açıqlama verən Ziya Məmmədov dolana bilmədiyi üçün heyvandarlıqla məşğul olduğunuı söyləmişdi. Rayon sakinin yazdıqlarından məlum olur ki, sabiq nazir yalan danışmayıb. Sadəcə bir qədər "təvazökarlıq" edib, fermaları olduğunu söyləməyib...
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir