logo

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

10:29 03-03-2021 | icon 2919
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

YeniAvropa xəbər verir , Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı məktəb COVİD-19 səbəbindən 1 həftəlik distant təhsilə keçib.

Xatırladaq ki, ötən həftə Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin "COVİD-19" testi pozitiv çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Bundan əvvəl isə  paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.Buna səbəb məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəllimlərinin "COVID-19" üçün verdikləri test pozitiv çıxması olub