logo

Pakistanın Baş Qərargah rəisi Bakıya gəlib

09:55 03-03-2021 | icon 1701
Pakistanın Baş Qərargah rəisi Bakıya gəlib

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 6-dək davam edəcək səfər çərçivəsində general Nadim Raza ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.