Prezident və xanımı Bakıda dünyada ilk tanker-muzeyin açılışında
Martın 1-də Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub.
YeniAvropa xəbər verir ki, dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən “Suraxanı” tanker-muzeyinin yaradılması dövlət başçısının dəstəyi ilə bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində “Suraxanı” tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Məsələn, oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirmək mümkündür. Həmçinin ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa “iştirakçısı”na çevrilirlər.
Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzərdə üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edəcəklər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olacaqlar. Tanker-muzeyin maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.
Tanker-muzeydə, həmçinin Böyük Vətən müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb.
Maraqlı eksponatlarla zəngin tanker-muzey postpandemiya dövründə turistlərin ən çox üz tutacağı məkanlardan olacaqdır.
Dövlət başçısına və birinci xanıma fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası barədə də məlumat verildi.
Bildirildi ki, əsərin müəllifləri xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə əməkdar memar Elxan Əsədovdur. Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir
Tatarıstan Azərbaycanla birgə müəssisə yaratmaq niyyətindədir
Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub
Cüdo hakimimiz Paralimpiya Oyunlarına təyinat alıb
Azərbaycan ilə Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Qadın şahmatçılarımız Avropa çempionatına yollanırlar
AFFA beş klubu cəzalandırıb
Azərbaycan QHT-ləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
“Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
Bakıda 21 qanunsuz miqrant saxlanılıb
UEFA Avropa Liqası: Bu gün yarımfinalçılar bəlli olacaq
Sabah Bakıda 27° isti olacaq
I siniflərə qəbul prosesinə başlanılır: Mayın 1-dən
BMT Baş Assambleyasının prezidenti Pərviz Şahbazovu ABŞ-a dəvət edib
Paşinyan sərhəddəki 4 kəndin Azərbaycana qaytarılmasının ağır nəticəsindən danışıb
UEFA Konfrans Liqası:“Fənərbağça” bu gün "Olimpiakos”u qəbul edəcək
Paytaxtda xaricdə iş təklif edən dələduzlara cinayət işi açılıb
Bakıda ümumşəhər iməciliyi keçiriləcək
Paytaxtın əsas küçəsi sabahdan 3 günlük təmrə bağlanacaq
46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək
Azərbaycan nefti 91,53 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Binəqədi-Balaxanı şossesində aşan yük maşını,yolda sıxlıq yaratdı