logo

Zərdabda 56 yaşlı qısqanc ər arvadını boğub öldürdü

16:49 01-03-2021 | icon 2765
Zərdabda 56 yaşlı qısqanc ər arvadını boğub öldürdü

Martın 1-də saat 10 radələrində Zərdab rayonu ərazisində 1968-ci il təvəllüdlü İsrafilova Rəhilə Şahvələd qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Zərdab rayon Prokurorluğundan daxil olan məlumatında bildirilib.Qeyd edilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.