logo

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq

11:55 01-03-2021 | icon 2653
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil olunacaq

Martın 5-dən 12-dək III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 7 minə yaxın şagirdin iştirak edəcəyi milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.