logo

Müdafiə Nazirliyi Ağdamın Güllücə kəndinin videogörüntülərini yayıb

10:33 01-03-2021 | icon 1708
Müdafiə Nazirliyi Ağdamın Güllücə kəndinin videogörüntülərini yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Güllücə kəndinin videogörüntülərini paylaşıb.

YeniAvropa xatırladır ki, payon mərkəzində 26 kilometr şimalda yerləşən Güllücə kəndi 1994-cü il aprelin 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan prezidenti, Rusiya prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik: