logo

Maya Sandu Moldovada erkən parlament seçkilərinə israr edir

09:47 01-03-2021 | icon 2170
Maya Sandu Moldovada erkən parlament seçkilərinə israr edir

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ölkədə erkən parlament seçkiləri tələbindən geri çəkilmək niyyətində deyil.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Maya Sandu bu barədə Kişineuda Avropa İttifaqı Şurasının prezidenti Şarı Mişel ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

"Vətəndaşlar səs verdilər, onlar ölkəni korrupsiyadan təmizlənməsini, ədliyyə sistemində islahatların aparılmasını tələb edirlər. Parlamentdə öz maraqlarına xidmət edən bəzi qrupların olmasını bəyənmirəm”, - deyə Moldova prezidenti əlavə edib.

Prezident COVID-19 pandemiyasına qarşı mübarizə ilə yanaşı, erkən parlament seçkilərini özünün prioriteti adlandırıb.

Xatırladaq ki, Moldovada son parlament seçkiləri 2019-cu ilin fevralında keçirilib. 

101 deputat mandatından 30-na Moldova Demokrat Partiyası, 26-na müxalifyönlü partiyaların seçki bloku, 33-nə Moldova Sosialist Partiyası,  7-nə solçu liberal sosialistlər , 3-nə isə  müstəqil namizədlər sahib çıxıblar.

Ötənilki seçkiyə müxalifətin namizədi kimi qatılan və uğurlu qələbə əldə edən  prezident Maya Sandu parlamentdəki Rusiya yönümlü deputatlardan yaxa qurtarmaq, eləcə də Rusiya sülhməranlı qoşunlarının ölkədən çıxarmaq üçün  növbədənkənar parlament seçkilərinə israr edir.