logo

Azərbaycan MDB-də pensiyaçıların sayına görə 10 ölkə arasında 7-cidir

11:10 01-03-2021 | icon 1932
Azərbaycan MDB-də pensiyaçıların sayına görə 10 ölkə arasında 7-cidir
Azərbaycan MDB ölkələrində əhalinin hər min nəfərinə düşən pensiyaçıların sayına görə, yalnız Tacikistan, Qırğızıstan və Özbəkistandan üstündür.
 
YeniAvropa xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu özünün "Facebook" hesabında yazıb.

MDB Statistika Komitəsinə istinad edən ekspert qeyd edib ki, bu isə o deməkdir ki, həmin 3 ölkə istisna olmaqla, digər MDB dövlətləri ilə müqayisədə Azərbaycanda orta ömür uzunluğu az və pensiyaya çıxmaq yaşı daha yuxarıdır:

"Hesablamalar göstərir ki, gözlənilən pensiya ödənişi müddəti Azərbaycan və Tacikistanda 7 il, Özbəkistan və Qırğızıstanda 8 il, Qazaxıstanda 9 il, Gürcüstanda və Moldovada 10 il, Rusiya və Ukraynada 11 il, Ermənistanda 12 il, Belarusda 14 ildir.

Trend göstərir ki, MDB dövlətləri arasında əvvəlki illərlə müqayisədə pensiyaçıların sayı ən yüksək templə Azərbaycanda azalır".
 
0-1-5