logo

Yevlax-Bərdə yolundakı avtoqəzada 2 nəfər öldü,1 ailənin 3 üzvü yaralandı

21:30 28-02-2021 | icon 2919
Yevlax-Bərdə yolundakı avtoqəzada 2 nəfər öldü,1 ailənin 3 üzvü yaralandı

Yevlax-Bərdə avtomobil yolunda baş vermiş yol qəzası zamanı ölənlərin və yaralananların şəxsiyyəti məlum olub.

YeniAvropa xəbər verir ki, avtoqəza zamanı Bərdə rayon sakinləri Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov həlak olublar.

Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Bir ailənin üzvü olan hər üç yaralı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, axşam saatlarında Yevlax-Bərdə yolunda "VAZ" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.