logo

Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana gəlib

20:29 28-02-2021 | icon 1736
Avropa İttifaqı Şurasının prezidenti Gürcüstana gəlib

Fevralın 28-də Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Gürcüstana ilk səfəri başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Aİ Şurasının prezidentini Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Ş.Mişel Tbilisidə rəsmi görüşlərini martın 1-də keçirəcək. 

Səfər çərçivəsində Şarl Mişelin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlament sədri Arçil Talakvadze, həmçinin siyasi partiyaların nümayəndələri ilə də görüşləri nəzərdə tutulub. 

Aİ Şurası prezidentinin Gürcüstana səfəri martın 2-də başa çatacaq. Gürcüstan paytaxtından Şarl Mişel Ukraynaya yola düşəcək.

Xatırladaq ki, daha əvvəl  Aİ Şurası prezidentinin Tbilisidən Bakıya səfər edəcəyi bildirilirdi.