logo

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

19:57 28-02-2021 | icon 2002
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Tehranın bəyanatlarına görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xarici siyasət idarəsində İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Xatırladaq ki, ötən gün İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.