Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür
Bu gün Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.
YeniAvropa xəbər verir ki, Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, ümummilli lider Heydər Əliyevin prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona Polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik edib. Daha sonra isə Ali Baş Komandanın 17 oktyabrda imzaladığı sərəncamla ona general-leytenant ali hərbi rütbəsi verilib.
Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevə zəng edib. Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb. //oxu.az
Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndinin görüntülərini yaydı
COVİD-19-a qarşı peyvənd olunanlarla bağlı həkimdən açıqlama
Sabah Bakıda 22°, bəzi bölgələrdə isə 29° isti olacaq
Gürcüstanda ardıcıl 14 gün tətil elan olunub
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi
İşğal dövründə ermənilər bütün abidələri tamamilə məhv ediblər-XİN
Ağdamda qoyun otaran şəxs minaya düşdü
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin görüntülərini yaydı
Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Neft mədənində tapılan yaralı kərkəs xilas edilib
Türkiyə cüdoçusu Avropa çempionu oldu
Mehdi Səlimzadənin başçı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
Şəhid polkovnikin təsirli piano ifası - Video
Paytaxtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi
Azərbaycanda bələdiyyə sədri 3000 manat cərimələndi
Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina etdi
Ölkədə I mərhələ üzrə vaksin olunanların sayı 880 min nəfərə çatır
Azərbaycanda daha 2148 nəfər koronavirusa yoluxdu, 30 nəfər öldü
Nazim İbrahimovun qardaşı yenidən dələduzluğa görə həbs edildi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək
Müdafiə Nazirliyi Cəbrayılın Daş Veysəlli kəndinin görüntülərini yayıb
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yaz sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib
"Formula 1"ə görə Azərbaycan əcnəbilər üçün viza rejimini sadələşdirdi
İlham Əliyev informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb