logo

Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq

11:55 28-02-2021 | icon 1862
Sabah Bakıda yağış yağacaq, 8° isti olacaq

Azərbaycanda martın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6°, gündüz 6-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 1-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 7-11° isti, dağlarda gecə 3-5°, yüksək dağlıq ərazilərdə 5-10°, gündüz 0-3° şaxta olacağı bildirilir.