logo

Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu

11:23 28-02-2021 | icon 1855
Daha bir hərbi qulluqçumuz minaya düşüb şəhid oldu

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Musayev Səhman Qəşəm oğlu şəhid olub.

YeniAvropa xəbər verir ki, bu barədə Səhman Musayevin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirilib ki, onun tərxis olunmasına 1 ay qalırmış.Əsgərimiz Füzuli istiqamətində minaya düşüərək həlak olub. 

Şəhidimizin nəşi doğulduğu Göygöl rayonuna gətirilib.O, rayonun Şəhidlər xiyabanında dəfn ediləcək.