logo

Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür

10:59 28-02-2021 | icon 420
Azərbaycanda koronavirusa ilk yoluxmadan 1 il ötür

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından bir il ötür.

YeniAvropa xəbər verir ki, 2020-ci il fevralın 28-i Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirusa ilk yoluxma faktının qeydə alındığını açıqlayıb.

Məlumatda yoluxan şəxsin Rusiya vətəndaşı olduğu, İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətlərinin müəyyən edildiyi, xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirildiyi bildirilirib.

Aparılmış müayinələr və testlər nəticəsində koronavirus testi pozitiv çıxıb.  

Qeyd edək ki, ötən bir il ərzində ölkə ərazisində koronavirusa 234267 yoluxma halı qeydə alınıb, 3218 nəfər vəfat edib. Ümumi sağalanların sayı isə 228651 nəfərdir. Bir il ərzində aparılan test sayı isə 2591235 -dir.

Ölkə ərazisində COVID-19-a yoluxmada pik hədd dekabrın 13-də qeydə alınıb. Həmin günə qeydə alınan statistikaya görə, ölkə üzrə yoluxanların sayı 4451 nəfər olub. 4283 nəfər sağalaraq evə buraxılıb, 39 nəfər ölüb.