logo

Azərbaycanda daha bir məktəb koronavirus səbəbi ilə bağlandı

23:11 27-02-2021 | icon 2751
Azərbaycanda daha bir məktəb koronavirus səbəbi ilə bağlandı

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

 YeniAvropa xəbər verir ki, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.