logo

Paşinyan ikinci dəfə baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdi

19:15 27-02-2021 | icon 1715
Paşinyan ikinci dəfə baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərdi

Baş nazir Nikol Paşinyan  bu gün ikinci dəfə təqdimat yazaraq Onik Qasparyanın  Ermənistan Silahlı Qüvvələri baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair fərmanın layihəsini imzalamaq üçün prezident Armen Sarqsyana göndərib.

YeniAvropa  "news.am" a istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyan özünün "Facebook" səhifəsində qeyd edib. Bildirib ki, birinci təqdimatı ölkə prezidenti imzalamaqdan imtina edib. Bu addımını ölkədə yaranmış gərgin vəziyyətlə izah edərək, sənədi baş nazirin aparatına geri qaytarıb.

Odur ki, Paşinyan baş nazir səlahiyyətlərindən istifadə edərək prezidentə eyni mövzuda  təkrar müraciət etməli olub: "Hesab edirəm ki bu dəfə prezident sənədi imzalayacaq",-deyə Paşinyan qeyd edib.