logo

Azərbaycanda daha 278 nəfər  koronavirusa yoluxdu, 5 nəfər öldü

17:16 27-02-2021 | icon 1925
Azərbaycanda daha 278 nəfər  koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 172 nəfər müalicə olunaraq sağalıb, 278 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 234 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 651 nəfər müalicə olunaraq sağalıb, 3218 nəfər vəfat edib. Aktiv xəstə sayı 2398 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 591 min 235 test aparılıb. Bugünkü test sayı isə 7873-dür.