logo

Müxalifət Yerevanda mitinq keçirir

16:59 27-02-2021 | icon 1904
Müxalifət Yerevanda mitinq keçirir

Yerevanda Baqramyan prospektində Ermənistan parlamentinin binası ilə üzbəüz Nikol Paşinyanın baş nazir postundan istefası tələbi ilə yenidən mitinq keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "Novosti Armenia" məlumat yayıb.

Artıq ikinci sutkadır ki, Paşinyanın istefasını tələb edən etirazçılar Baqramyan prospektindədirlər. Barrikadalar və soba qurublar və burada gecələyiblər.

İclaslar və yürüşlər hər gün keçirilir. Hərbçilər səlahiyyətlilərin istefası tələbinə qatılıb. Buna cavab olaraq Paşinyan prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefa layihəsini təqdim edib. Ermənistan prezidenti hələ petisiyanı imzalamayıb. Aktiv görüşlər və danışıqlar aparılır.