logo

Lənkəranlının "Jiquli"sində 1,2 kq heroin aşkarlandı

16:17 27-02-2021 | icon 1561
Lənkəranlının "Jiquli"sində 1,2 kq heroin aşkarlandı

Lənkəran rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin avtomobildən 1kiloqramdan artıq heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya bildirilib ki, RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cəsarət Mirzəyev Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı C.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsində quraşdırdığı gizli saxlanc yerindən ümumilikdə 1 kiloqram 125 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.