logo

Şəhid polkovnik-leytenant dəfn edildi

14:34 27-02-2021 | icon 1792
Şəhid polkovnik-leytenant dəfn edildi

44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlunun dəfn mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, Yaşar Sadıqov Bakının Yasamal rayonundakı II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və generalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Yaşar Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

Şəhid polkovnik-leytenant Yaşar Sadıqov dəfn edildi  - Video + Fotolar