logo

Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir

13:49 27-02-2021 | icon 2065
Bakı və Abşeronda "Kənddən Şəhərə" yarmarkası keçirilir

Bakı və Abşeron ərazisində üç fərqli  məkanda "Kənddən Şəhərə" yarmarkası keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev məlumat verib.

Qeyd edib ki, bu gün və sabah saat 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkalar bu ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A