logo

Ermənistanı zorla Rusiyanın tərkibinə qatmaq lazımdır-Vladimir Jirinovski

09:49 27-02-2021 | icon 1911
Ermənistanı zorla Rusiyanın tərkibinə qatmaq lazımdır-Vladimir Jirinovski

Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır.

YeniAvropa xəbər verir ki, bu fikri Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski "Komsomolskaya pravda" radiosunun efirində Ermənistanda yaranan böhran vəziyyətinə münasibət bildirərkən səsləndirib.

"Əgər erməni problemini götürsək, bu, artıq üç yüz ildir, bəlkə də min ildir. Qərar çarın dövründə olduğu kimi-birdir: Rusiyanın tərkibində Yerevan quberniyası. Hamısı sakitləşəcək", -deyə Vladimir Jirinovski vurğulayıb.

Liberal-Demokrat Partiyasının sədri deyib ki, Ermənistan dünyanın o hissəsində yerləşir ki, orada bütün məsələlər güc yolu ilə həll olunur.

Vladimir Jirinovski hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. Onun proqnozuna görə, yaxın günlərdə respublika sakinləri yeni siyasi rejim formatında oyanacaqlar.

O, Nikol Paşinyanın tezliklə xaricə qaçacağının ,yaxud ABŞ səfirliyində "sığınacaq" istəyəcəyi proqnozunu da verib.

“Dəyişiklik qaçılmazdır. Və bu mütləq deyil ki, rusiyapərəst hakimiyyətə gəlsin. Hər halda, onlar NATO tərəfdarı deyillər. Çünki NATO tərəfdarları, amerikayanlılar Paşinyanın şəxsində iqtidardadırlar”, - deyə Vladimir Jirinovski bildirib.