logo

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səlahiyyət müddəti daha 1 il uzadıldı

22:23 26-02-2021 | icon 1617
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səlahiyyət müddəti daha 1 il uzadıldı

Avropa İttifaqının 6 xüsusi nümayəndəsinin mandatı uzadılıb.

YeniAvropa xəbər verir ki, səlahiyyət müddəti uzadılan xüsusi nümayəndələr arasında Toivo Klaar da var.

Yeni qərara əsasən, Klaar növbəti 12 ay ərzində - 2022-ci ilin fevral ayının 28-dək Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışacaq.

Xatırladaq ki, Toivo Klaar ilk dəfə bu vəzifəyə 2017-ci ilin noyabr ayında təyin edilib.

Onun yaxın vaxtlarda Azərbaycana və Ermənistana səfərə gələcəyi gözlənilir.Bu barədə T.Klaar  bu yaxınlarda KİV-ə müsahibəsində bildirib. Qeyd edib ki, Aİ-nin müharibədən sonra həm Azərbaycan, həm də Ermənistana humanitar yardım göstərmək niyyətindədir. “Daha çox kömək etməyə hazırıq. Bakı və Yerevandakı nümayəndələrimiz ittifaqın daha nə ilə və necə kömək edə bilməsi ilə bağlı hər iki ölkənin rəhbərliyi ilə danışıqlar aparırlar. Mən gələcək fəaliyyətimizi müzakirə etmək üçün yaxın zamanlarda Bakı və Yerevana səfər edəcəyəm”,-deyə Toivo Klaar bildirib.