logo

Martın 1-dək ictimai nəqliyyat işləməyəcək

20:50 26-02-2021 | icon 1484
Martın 1-dək ictimai nəqliyyat işləməyəcək

Fevralın 27-i saat 00-dan etibarən martın 1-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 YeniAvropa xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 27 fevral saat 00:00-dan 1 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki,pandemiya ilə əlaqədar olaraq  Bakı metropoliteni artıq xeyli müddətdir ki, sərnişindaşıma fəaliyyəti göstərmir.