logo

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində nə baş verir?

19:49 26-02-2021 | icon 1617
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində nə baş verir?

Bəzi elektron media resurslarında polkovnik Elxan İbrahimovun Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Bununla bağlı Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, polkovnik Elxan İbrahimov əvvəl olduğu kimi, hazırda da Tibb Baş İdarəsi rəisinin müavini vəzifəsindədir.

Tibb Baş İdarəsinin rəisi vəzifələrinin icrası müvəqqəti olaraq polkovnik Firuddin Nəbiyevə həvalə edilib.