Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil olunub
Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Azərbaycan Dövlət Filarmoniyasının kvartetinin müşayiəti ilə keçirilən sərgidə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədrin müavinləri Fəzail İbrahimli, Adil Əliyev, parlamentin komitə sədrləri, komitə sədrlərinin müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, Aparat rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”, “Ümid” əsərləri daxildir. Qeyd olunub ki, bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində “Xocalıya ədalət!” adları altında nümayiş olunub.
Bildirilib ki, bu rəsm əsərləri soyqırımına məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır. “Ümid” əsəri isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə yaşadığımız hadisələr, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizi bu istəyimizə qovuşdurdu.
Sərgi ilə tanış olan Milli Məclisin sədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənətin dili ilə bu cür uğurlu təsvirinə görə rəssam Ramal Kazıma təşəkkürünü bildirib. Qeyd edib ki, belə bir sərgiyə baxmaq həqiqətən çox təsirlidir. Spiker gənc rəssama bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq