logo

İlham Əliyev 4 saatlıq mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb

15:11 26-02-2021 | icon 1757
İlham Əliyev 4 saatlıq mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb

Prezident İlham Əliyevin bu gün yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib.

 YeniAvropa xəbər verir ki, dövlət başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.

Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.

Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb.