logo

Prezident iranlı jurnalistin sualına sərt cavab verdi

14:44 26-02-2021 | icon 1785
Prezident iranlı jurnalistin sualına sərt cavab verdi

Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin terrorçularla bağlı sualına sərt reaksiya verib.

 YeniAvropa xəbər verir ki, dövlət başçısı deyib ki, jurnalistin sualı ittiham xarakteri daşımamalıdır:

“Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakı ilə bağlı elə hesabatlar, məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır.

Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. 

Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.  

Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.