logo

Yerevanda Paşinyana istefa tələbi ilə mitinqi keçirilir

14:22 26-02-2021 | icon 1645
Yerevanda Paşinyana istefa tələbi ilə mitinqi keçirilir

Yerevanın mərkəzi küçələrindən olan Baqramyan prospektində Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Xatırladaq ki, dünən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra “Vətənin qurtuluşu hərəkatı” İrəvanın Azadlıq meydanında mitinq keçirib, ardınca yürüş iştirakçıları Baqramyan prospektini bloklayıblar.

Etirazçılar burada çadrlar qurub və bütün gecəni prospektdə keçiriblər. Onlar Paşinyan istefa verməyənə qədər ərazini tərk etməyəcəklərini deyiblər.