logo

Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı

13:53 26-02-2021 | icon 1554
Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək.

Xəbərdarlığa əsasən, martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək