logo

Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar

13:31 26-02-2021 | icon 1617
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar

Bu gün hamımız dünyaya Xocalı üçün ədalət deyə səslənirik. Xocalı qətliamı bəşəriyyətə qarşı cinayətdir. İnsanlara qarşı bu vəhşiliyi törədənlərin, qətliamın günahkarları öz cəzalarını mütləq almalıdırlar.

YeniAvropa xəbər verir ki, bu fikri “Ana harayı” abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, artıq müzəffər Azərbaycan Ordusu torpaqlarını işğalçılardan azad edərək ərazi bütövlüyünü bərpa edib. İlk dəfə Azərbaycanın Vətən müharibəsindəki qələbədən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini anırıq. İnşallah gələcəkdə Xocalıda yurdlarından didərgin düşən şəxslər, eləcə də məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq.

Xocalı faciəsinin səbəbkarları mütləq mühakimə olunmalıdırlar.