logo

Sabah Bakıda 8° isti olacaq

13:10 26-02-2021 | icon 1547
Sabah Bakıda 8° isti olacaq

Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 6-8° isti, Bakıda gecə 1-3°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 768 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Fevralın 27-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək, gündüz 8-13° isti, dağlarda gecə 5-8°, yüksək dağlıq ərazilərdə 10-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa əsasən, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23 metrədək güclənəcək.

Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.