logo

Paşinyan Putinə zəng etdi

20:08 25-02-2021 | icon 1876
Paşinyan Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan telefonla ölkədə yaranmış vəziyyəti müzakirə ediblər. 

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, telefon söhbəti Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

"Ermənistandakı vəziyyət müzakirə edilib. Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb", -deyə prezidentin sözçüsü vurğulayıb