logo

Bakıda Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib

19:49 25-02-2021 | icon 1645
Bakıda Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 25-də İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.