logo

 “Neftçi“nin uduzması "Qarabağ”ı lider etdi

19:29 25-02-2021 | icon 1869
 “Neftçi“nin uduzması "Qarabağ”ı lider etdi

Fevralın 25-də keçirilən iki oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna yekun vurulub.

YeniAvropa xəbər verir ki,  “Sabah” klubu öz meydanında “Keşlə” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Qonaqların heyətində Şəhriyar Əliyev (79), meydan sahiblərinin heyətində isə Fofana Tiemoko (90+1) fərqləniblər. Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Keşlə” 7-ci, “Sabah” isə sonuncu - 8-ci sırada qərarlaşıb.

Tura “Qarabağ” – “Səbail” oyunu ilə yekun vurulub. Oyunun taleyini ağdamlıların heyətində Xayme Romeronun 79-cu dəqiqədə vurduğu qol həll edib. Çempionatın lideri “Neftçi”nin “Zirə”yə minimal hesabla uduzmasından sonra “Qarabağ” bu qələbə sayəsində liderliyə yüksəlib. Hazırda həm “Qarabağ”ın, həm də “Neftçi”nin 33 xalı var.

Xatırladaq ki, turun digər oyununda “Qəbələ” evdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

“Zirə” flaqman üzərində qələbə sayəsində üçüncü sıradakı mövqeyini möhkəmləndirib. “Sumqayıt” 23 xalla dördüncü, “Qəbələ” 21 xalla beşincidir. Altıncı sırada qərarlaşan “Səbail” komandasının 16 xalı var.