logo

Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirəcək

18:55 25-02-2021 | icon 1533
Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirəcək

26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu, Xocalı prospekti, “Ana fəryadı” abidəsinin qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib. Qeyd edilib ki, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.